Azərbaycandan qəti mövqe Qüds məsələsində kənarda qala bilməzdik


Siyasət 22 Dek 2017 17:48:00 275 0

Azərbaycandan qəti mövqe  Qüds məsələsində kənarda qala bilməzdik

Dekabr ayında dünyada ən yaddaqalan siyasi hadisələrdən biri ABŞ prezidenti Donald Trampın Qüdsü (Yerusəlim) birtərəfli qaydada İsrailin paytaxtı kimi tanıması və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə müvafiq sənəd imzalaması və daha sonra bu qərara qarşı baş qaldırmış etiraz dalğası oldu.    

Lakin ABŞ prezidentinin bu qərarı beynəlxalq ictimaiyyət, hətta öz ən yaxın müttəfiqləri tərəfindən dəstəklənmədi.    Fələstində, o cümlədən dünyada baş qaldırmış etirazlar fonunda BMT Təhlükəsizlik Şurasında Qüdsün İsrailin paytaxtı kimi tanınmasını qanunsuz hesab etdi və 14 üzv ölkə qətnaməni təsdiq etdi, yalnız ABŞ qətnaməyə veto qoydu. Ardınca BMT Baş Assambleyasının üzvü olan 128 ölkə, o cümlədən Azərbaycan ABŞ prezidentinin bu qərarının qəbuledilməz olması barədə qətnamənin qəbul edilməsinə səs verdi.

Qeyd edək ki, bundan az əvvəl Donald Tramp ABŞ-ın BMT TŞ-nın qətnaməsini dəstəkləyən dövlətlərə maliyyə yardımını dayandıracağını bildirmişdi.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyənin təşəbbüsü ilə İstanbulda Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında ən yüksək səviyyədə təmsil olundu və məsələ ilə bağlı qəti mövqe nümayiş etdirdi. Hərçənd, bəzi islam ölkələri, eləcə də türkdilli dövlətlər orada 3-cü, 4-cü şəxslər səviyyəsində təmsil olunmuşdular.

Qüdslə bağlı yaranmış vəziyyəti və Azərbaycanın bu məsələdəki mövqeyini Son.az-a şərh edən politoloq, professor Fikrət Sadıxov bildirib ki, bu fakt bir daha sübut edir ki, Azərbaycan tam müstəqil, özünəməxsus siyasət yürüdür, beynəlxalq məsələlərin həllində beynəlxalq hüquqa söykənir: "Azərbaycan həmişə balanslaşdırılmış siyasət yürüdür. Lakin dünyada elə hadisələr baş verir ki, ölkə həmin məsələ ilə bağlı qəti və prinsipial mövqeyini nümayiş etdirməlidir. Qüds məsələsi də onlardan biridir. Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirak edib - YENİLƏNİB - FOTO   Azərbaycan həmişə bəyan edib ki, İslam dünyası ilə birlikdədir. Əgər İslam dünyasının maraqlarına toxunulursa, zərbə vurulursa, biz kənarda dayana bilmərik. Xüsusilə ona görə ki, Azərbaycan prezidenti 2017-ci ili "İslam Həmrəyliyi İli" elan edib. Ölkədə bununla bağlı çoxsaylı tədbirlər də keçirilib. Ona görə də Azərbaycan, əvvəla, ABŞ prezidentinin Qüdslə bağlı yanaşmasına qarşı İslam dünyası ilə həmrəyliyini bildirdi. İkincisi, bəyan etdik ki, biz beynəlxa hüquq normalarının tərəfdarıdır. Çünki biz özümüz də bizə qarşı beynəlxalq hüquq normalarının taplanması məsələsi ilə üzləşmişik. Eyni zamanda onu da unutmaq olmaz ki, Avropa dövlətləri də Qüds məsələsində eyni mövqe nümayiş etdirdilər. Orada aparıcı dövlətlərin hamısı Qüdsün bir dövlətin paytaxtı olması əleyhinə açıq şəkildə çıxış etdilər. Bu baxımdan belə bir şəraitdə kənarda qala bilməzdik və biz də öz prinsipial mövqeyimizi əks etdirdik".

İlkin İzzət

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində