Bakıda 19 yaşlı oğlan bıçaqlanıb


Kriminal 22 Dek 2017 08:15:00 193 0

Bakıda 19 yaşlı oğlan bıçaqlanıb

Gecə saatlarında Bakının Səbail rayonunda bıçaqlanma olub. Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Nizami küçəsində qeydə alınıb.

Hadisə nəticəsində paytaxt sakini, 1998-ci il təvəllüdlü Zeynalov Rəşan İlkin oğlu aldığı üç bıçaq xəsarəti ilə 1 saylı Xəstəxanaya çatdırılıb. Cərrahi əməliyyatdan sonra onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Bıçaqlanma faktının təfərrüatlarını Səbail RPİ-nin 39-cu polis bölməsinin əməkdaşları araşdırır. İlkin ifadəsi zamanı 19 yaşlı Rəşan tanımadığı şəxslə mübahisə zamanı bıçaqlandığını deyib.