Prezident: "İkinci erməni dövlətinin tarixi Azərbaycan torpaqlarında yaradılmasına heç vaxt imkan verməyəcəyik"


Siyasət 21 Dek 2017 16:08:55 154 0

Prezident: "İkinci erməni dövlətinin tarixi Azərbaycan torpaqlarında yaradılmasına heç vaxt imkan verməyəcəyik"

Prezident İlham Əliyev: "Xalqların öz müqəddəratını təyin etməsi ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər"

"Bu gün 26 ildir müstəqil dövlət kimi yaşayan Azərbaycan ayaqda möhkəm dayanır. Əlbəttə ki, bizim əsas problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bildiyiniz kimi, Ermənistan beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızın 20 faizini 20 ildən çoxdur ki, işğal edib". 

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda deyib.

Dövlət başçısı qeyd edib ki, bu torpaqlardan bir milyondan çox vətəndaş qovulub, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: "Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər qanlı cinayət – Xocalı soyqırımını törətmişlər. Erməni quldurları tərəfindən 600-dən çox günahsız, dinc insan, onların arasında 100-dən çox qadın, 60-dan çox uşaq qətlə yetirilmişdir. Xocalı soyqırımını 10-dan çox ölkə artıq soyqırımı kimi tanıyıb.

BMT münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz geri çəkilməlidir. Ancaq bu qətnamələr kağızda qalıb. Bu qətnamələri qəbul edənlər bu məsələyə biganə qalırlar. Ermənistan da bundan istifadə edərək öz işğalçı siyasətini davam etdirir. İşğal edilmiş torpaqlarımızda bütün binalar dağıdılıb. Bizim tarixi, dini abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılıb. Bu dağılmış məscidlərin fotoşəkilləri indi internetdə kifayət qədər dərc edilib, bunu hər bir insan görə bilər. Bütün infrastruktur dağıdılıb. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərmişdir. O missiyalar dediyim mənzərə ilə üzləşmişlər və öz məruzələrində bunu əks etdirmişlər.

Münaqişə ilə bağlı Azərbaycan dövlətinin mövqeyi beynəlxalq hüquqa tam əsaslanır. İlk növbədə, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, tarixi torpağıdır, digər tərəfdən, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Belə olan halda münaqişə yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, BMT Təhlükəsizlik Şurasının qətnamələri, - bu sənədlərdən daha üstün sənəd dünyada yoxdur, - tam icra edilməlidir və ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan dövləti və Azərbaycan xalqı öz torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək.

O ki qaldı, xalqların öz müqəddəratını təyin etməsi məsələsinə, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Qeyd etdiyim kimi, dünyanın əksər ölkələri çoxmillətli, çoxkonfessiyalı ölkələrdir. Ermənistan xalqı öz müqəddəratını təyin edib, onların öz dövlətləri var. İkinci erməni dövlətinin tarixi Azərbaycan torpaqlarında yaradılmasına Azərbaycan heç vaxt imkan verməyəcək. Bu, əslində çox zərərli, təhlükəli və xəstə bir məntiqdir. Ermənilər bir çox ölkələrdə yaşayırlar. İndi əgər onlar yaşadıqları bütün ölkələrdə Azərbaycandakı kimi öz müqəddəratını təyin etmək arzusuna düşərlərsə və aqressiv separatizmə əl atarlarsa, onda baxarıq o ölkələrin siyasəti necə olacaq".

La Liqa klubunda yeni baş məşqçi like
  • 21 Dek 16:06  
İdman La Liqa klubunda yeni baş məşqçi

"Las Palmas"ın yeni baş məşqçisi müəyyənləşib. Goal.az xəb

arrow Ətraflı
Allahşükür Paşazadə: Qurultay artıq olub və məni ömürlük seçiblər like
  • 21 Dek 16:06  
Digərləri Allahşükür Paşazadə: Qurultay artıq olub və məni ömürlük seçiblər

Qafqaz Müsəlmanları İdarəsinin qurultaya ehtiyacı yoxdur.

arrow Ətraflı
Binəli Yıldırım: BakıTbilisiQars dəmir yolu Türkiyənin Asiyaya birbaşa çıxışıdır like
  • 21 Dek 16:01  
Digərləri Binəli Yıldırım: BakıTbilisiQars dəmir yolu Türkiyənin Asiyaya birbaşa çıxışıdır

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Türkiyənin Asiya ilə birbaşa əlaqəsin

arrow Ətraflı
Paytaxtda yanğın like
  • 21 Dek 15:56  
Digərləri Paytaxtda yanğın

Bakının Xəzər rayonunda ümumi shəsi 70 kv.m olan evdə yanğın olub.

arrow Ətraflı
Binəli Yıldırım: Bakı-Tbilisi-Qars dəmir yolu Türkiyənin Asiyaya birbaşa çıxışıdır like
  • 21 Dek 15:55  
Digərləri Binəli Yıldırım: Bakı-Tbilisi-Qars dəmir yolu Türkiyənin Asiyaya birbaşa çıxışıdır

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Türkiyənin Asiya ilə birbaşa əlaqəsin

arrow Ətraflı
"Beşiktaş" 3 futbolçunu transferə çıxarır like
  • 21 Dek 15:52  
İdman "Beşiktaş" 3 futbolçunu transferə çıxarır

"Beşiiktaş" yanvarda bir neçə futbolçusu ilə yollarını ayır

arrow Ətraflı
"Abşeron" yatağında böyük həcmdə hidrokarbon ehtiyatları var  FOTO like
  • 21 Dek 15:51  
Digərləri "Abşeron" yatağında böyük həcmdə hidrokarbon ehtiyatları var FOTO

SOCAR prezidenti Rövnəq Abdullayev Fransanın "Total" şirkətlər q

arrow Ətraflı
Paytaxtda yanğın - Bir nəfər tüstüdən zəhərlənib like
  • 21 Dek 15:50  
Digərləri Paytaxtda yanğın - Bir nəfər tüstüdən zəhərlənib

Bakının Xəzər rayonunda ümumi shəsi 70 kv.m olan evdə yanğın olub.

arrow Ətraflı
Azərbaycanda hər il innovasiya müsabiqəsi keçiriləcək. like
  • 21 Dek 15:44  
Digərləri Azərbaycanda hər il innovasiya müsabiqəsi keçiriləcək.

Azərbaycanda hər il innovasiya müsabiqəsi keçiriləcək.

arrow Ətraflı
Ermənistanda hərbçi yol qəzasında öldü like
  • 21 Dek 15:38  
Dünya Ermənistanda hərbçi yol qəzasında öldü

Ermənistanda hərbi qulluqçu yol qəzasında ölüb.

arrow Ətraflı