Qazaxıstan Məclisi Azərbaycanla beynəlxalq avtomobil nəqliyyatı haqqında saziş təsdiq edib


Siyasət 20 Dek 2017 10:27:00 284 0

Qazaxıstan Məclisi Azərbaycanla beynəlxalq avtomobil nəqliyyatı haqqında saziş təsdiq edib

Qazaxıstan Məclisinin plenar iclasında Azərbaycan və Qazaxıstan hökumətləri arasında beynəlxalq avtomobil nəqliyyatı haqqında saziş təsdiq edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, iclasda çıxış edən investisiyalar və inkişaf naziri Jenis Qasımbek deyib ki, Azərbaycanla saziş ölkənin tranzit potensialının inkişafına və Mərkəzi Asiyada iri logistik habın yaradılması məqsədilə yük axınının cəlb edilməsinə kömək edəcək.

Nazir bildirib ki, 2016-cı ildə Qazaxıstan və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə yükdaşımanın həcmi 16 faiz artaraq 6,2 min ton təşkil edib:

"Bu sazişin həyata keçirilməsi Qazaxıstan-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının inkişafına da imkan verəcək".

Qeyd edək ki, saziş 2017-ci il aprelin 3-də Bakıda imzalanıb.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində