Nazirlər Kabinetinin dələduzluqda təqsirləndirilən sabiq əməkdaşının məhkəməsi başladı


Kriminal 19 Dek 2017 14:00:00 234 0

Nazirlər Kabinetinin dələduzluqda təqsirləndirilən sabiq əməkdaşının məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rüstəm Bayramov və Nazirlər Kabinetinin sabiq əməkdaşı Münsif Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən hər iki şəxs özlərini təqsirli bilməyiblər.

Proses dekabrın 26-da davam etdiriləcək.