Qulluqçu ev yiyəsini mat qoydu


Kriminal 19 Dek 2017 13:25:00 223 0

Qulluqçu ev yiyəsini mat qoydu

Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzi Xidmətinə Nərimanov rayonu ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

DİN-dən Son.az-a verilən məlumata görə, bununla əlaqədar Nərimanov RPİ 18-ci Polis Bölməsinin əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalarla ötən ilin sentyabr ayından cari il dekabr ayının 17-dək olan müddətdə mənzildən 11000 manat dəyərində qızıl-zinət və kosmetik əşyaların oğurlanması müəyyən edilib.  

Polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri tədbirlərlə həmin evdə qulluqçu kimi işləyən qadın şübhəli bilinərək saxlanılıb.