Əməkdar artist: "25 ildir Şaxta baba kimi fəaliyyət göstərirəm" FOTO


Kriminal 18 Dek 2017 21:14:00 323 1

Əməkdar artist: "25 ildir Şaxta baba kimi fəaliyyət göstərirəm"  FOTO

Kukla Teatrının aparıcı aktyoru, əməkdar artist Rəhman Rəhmanov 25 ildir yaratdığı Şaxta baba obrazından danışıb.

Aktyor Son.az-a açıqlamasında bu rolun onun üçün həm də qazanc mənbəyi olduğunu bildirib.

"Mən artıq 25 ildir ki, şaxta baba obrazını yaradıram. Bu obrazı mənə ilk dəfə "Xoruz baba" kimi tanınan məşhur aktyorumuz Hüseynağa Sadıqov öyrədib. Mən ondan bir sənətkar kimi sənətin və ələxsus da bu obrazın özəlliklərini öyrənmişəm. Sonradan mən Şaxta baba obrazını həmkarım, teatrımızın ən sevimli aktyoru Ələkbər Hüseynova öyrətdim. Hər il dekabr ayının 25-dən etibarən şaxta baba kimi fəaliyyət göstərirəm. Bu obraz həm də mənim qazanc mənbəyimdir", - deyə aktyor bildirib.


Xəbərə aid fotolar