Maskalı şəxs bankomatı qarət etmək istəyərkən tutuldu


Kriminal 18 Dek 2017 14:01:00 337 0

Maskalı şəxs bankomatı qarət etmək istəyərkən tutuldu

Qubada bankomatı qarət etmək istəyən şəxs tutulub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Quba rayon avtovağzalı ərazisində qeydə alınıb.

Banklardan birinin köşkündə quraşdırılmış bankomatı qarət etmək istəyən Asim Cabbarov cinayət başında tutulub. Ondan bıçaq, dəmir ling, qara maska və əlcək götürülüb.