Maroş Şefçoviç: ""Cənub Qaz Dəhlizi"nə daxil olan bütün layihələrin reallaşdırılmasında mühüm irəliləyiş əldə olunub"


Siyasət 18 Dek 2017 14:03:00 315 0

Maroş Şefçoviç: ""Cənub Qaz Dəhlizi"nə daxil olan bütün layihələrin reallaşdırılmasında mühüm irəliləyiş əldə olunub"

"Cənub Qaz Dəhlizi"nə daxil olan bütün layihələrin reallaşdırılmasında mühüm irəliləyiş əldə edilib.

Son.az bildirir ki, bunu Trend-ə müsahibəsində Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.

Avropa komissarı qeyd edib ki, Azərbaycan energetika sahəsində Avropa İttifaqının (Aİ) çox mühüm tərəfdaşıdır, eyni zamanda Azərbaycan iri neft ixracatçısı, eləcə də "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşmasında vacib tərəfdaşlardandır:

"Təsdiq edə bilərəm ki, 2015-ci ilin martında Qarsda TANAP-ın və 2016-cı ilin mayında Salonikidə TAP-ın təməlqoyma mərasimlərindən sonra bu layihələrin reallaşmasında mühüm irəliləyiş əldə edilib. Azərbaycanlı tərəfdaşlarımızla birgə Türkiyəyə qaz tədarükünün 2018-ci ildə, Avropaya isə 2020-ci ildə başlayacağını gözləyirik".

M.Şefçoviç, həmçinin "Cənub Qaz Dəhlizi" layihəsinin Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasında rolunu vurğulayıb.

Komissar qeyd edib ki, "Cənub Qaz Dəhlizi" bütün Cənub-Şərqi Avropa regionu üçün vacib layihədir: "Cənub Qaz Dəhlizi"nin tikintisinin başa çatması və Azərbaycandan qaz tədarükü bütün Qərbi Balkan regionunu alternativ enerji mənbələri ilə təmin edə bilər".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində