Paytaxtda yanacaqdoldurma məntəqəsinə basqın


Kriminal 18 Dek 2017 13:37:00 286 0

Paytaxtda yanacaqdoldurma məntəqəsinə basqın

Xətai RPİ-nin 37-ci Polis Bölməsinə müraciət edən İsmayıllı rayon sakini Mehman Cabbarov saat 5.00 radələrində rayon ərazisində işlədiyi yanacaqdoldurma məntəqəsinin istirahət otağında dincələrkən, ora qanunsuz daxil olmuş 2 naməlum şəxsin onu bıçaqla hədələyib cibindən 552 manatını götürmələri barədə məlumat verib.

Bu barədə Son.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Faktla əlaqədar cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb, istintaqa təhvil veriliblər.