"Ermənistanın təcavüzü nəticəsində Azərbaycan böyük miqrasiya problemi ilə üzləşib"


Siyasət 18 Dek 2017 12:01:18 287 1

"Ermənistanın təcavüzü nəticəsində Azərbaycan böyük miqrasiya problemi ilə üzləşib"

Ermənistanın təcavüzü nəticəsində Azərbaycan böyük miqrasiya problemi ilə üzləşib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev Beynəlxalq Miqrant Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.

O bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra təqribən 300 minə yaxın azərbaycanlı Ermənistandan qovulub: "Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi nəticəsində isə 700 minə yaxın həmyerlilərimiz məcburi köçkün vəziyyətinə düşüb".

Rəis müavini bildirib ki, Azərbaycan bu proseslərin öhdəsindən layiqincə gəlib: "Avropa ölkələri sayca az olan miqrantların öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Amma Azərbaycan bir milyondan artıq qaçqın və məcburi köçkün problemini təkbaşına həll edir. Azərbaycan heç zaman öz torpaqlarının işğalı ilə barışmayacaq".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində