Tanrıyla kürəkkürəyə yatan dahi


Kriminal 17 Dek 2017 10:00:00 290 0

Tanrıyla kürəkkürəyə yatan dahi

Bu gün Bethovenin doğum gündür

Lüdviq van Bethoven ömrünün ən məşhur çağlarını Vyanada keçirdi. Bu o vaxtlar idi ki, artıq dahi bəstəkarın eşitmə qabiliyyəti daha da pisləşmişdi... Və konsertlərinin notunu hazırlamaq üçün ona köməkçi vermişdilər. Bu yaşlı adam Bethovenin səsini eşidəndə, siçan deşiyini satın alırdı...

Sonralar könüllü olaraq Bethovenə köməkçilik edən və bununla bəstəkarın yanında təcrübə keçmək istəyən gənc və istedadlı Anna Holtz Vyana Musiqi Akademiyasının təklifi ilə həmin qoca köməkçinin yanına gəlir. Bethoveni ilk dəfə burada görür. Özü görünməmiş səsi aləmi başına götürən Maestro qoca köməkçini söyüb-təhqir edir. Qoca köməkçi bircə kəlmə deyir:

- Canavar gəldi! Qaç, gizlən!

Bethoven əsasını sağa-sola çırpa-çırpa qışqırır, qoca köməkçisini gecikməkdə, işini bacarmamaqda günahlandırır, onu söyüb-təhqir edir. Hətta döyür də! Evdəki əşyalardan birinin arxasında gizlənən gənc və gözəl Anna onun sifətini görəndə dəhşətə gəlir.

Bu, insanın bağrını yaran zəhmli bir sifətdir!

Amma Anna Holtz heç nədən qorxmur!

Qoca köməkçinin etirazlarına baxmayaraq Bethovenin yanına getməyə qərar verir.

İlk görüşləri

Anna Holtzun Bethovenlə tanışlığı qəribə olur.

"Üzümə baxmadan danışma. Mən karam!" - deyə qışqıran bu vəhşi insanın könlünü almaq üçün xoş sözlər demək istəyir. Bethoven bu dəfə lap ucadan qışqırır:

"Yaltaqlanma!!! Mən yaltaq adamlara nifrət edirəm!"

Anna səsini qaldırır:

"Siz pis adamsız! İnsanları aşağılayır, təhqir edirsiz!"

Bundan sonra Bethoven sakitləşir:

"Bax belə! Bu, daha gözəldir..."

...Sonra xeyli moizə oxuyur Annaya. Gənc xanım heç nə anlamasa da Bethoven ara vermir. Məsələn belə:

"Tanrı dünyanı yaratmaqla əla iş gördü, xüsusilə Cənubi Amerikanı... Buranı çox bəyənirəm, xəritədə yaxşı düşür - üst tərəfdəki şişkinlik, sonra yavaş-yavaş nazilmə, ən sonda Magellan boğazı... Gözəldir! Afrikaya gəlincə, mənə görə bir yer deyil. Asiyanı isə heç sevmirəm".

Ailə həyatı barədə danışarkən Anna Holtza qəribə şəkildə istehza edir:

"Qadınım yoxdur! Nə böyük itki?!"

Amma əsas dramatik məqam Annanın Bethovenin əl yazılarına düzəlişindən sonra başlayır. Maestro dəhşətə gəlir: qarşısında dünyanın diz çökdüyü sənətkarın əlyazmasına gənc bir qız düzəliş etmiş...

Bethoven sakit səslə bunun sirrini soruşanda Anna deyir:

"Siz əshv etməmisiz, maestro, qəsdən belə etmisiz! Vyananın qədim və qoca musiqiçiləri üçün tələ qurmusuz..."

Bethoven vəhşi kimi gülür. Əslində isə daxilən sarsılır. Belə bir insanın varlığına inana bilmir və təcili içmək üçün yaxınlıqdakı bara yollanır.

Rahibələr siçanlardan daha pisdir

Anna Holtz əyalətdən Vyanaya musiqi təhsili almaq üçün gəlib. Atası bircə şərtlə onu şəhərə buraxır: monastırda rahibə bibisi ilə qalsın!

Anna bunun üçün Vyanadadır.

Bunun üçün Bethovenlə görüşmək imkanı var...

Maestro bardan qayıdanda Annanı küçədə görür. Səbəb çox sadədir: Bethovenin mənzilində iri siçanlar var. Qız qorxudan evdə otura bilməyib.

Bethoven gülür:

"Rahibələr siçanlardan daha pisdir!"

...Maestro ilə köməkçisinin daha bir ilginc söhbəti:

- Nə oxuyursan?

- Bəstəkarlıq.

- Aman, Allah! Bir qadın bəstəkar?!

- Elə deməyin... Maraqlı qadın bəstəkarlar olub.

- Olub. Danmıram. Amma, protezlə yeriyən köpəklər kimi!

Bethoven monastırda

Anna bütün bunlara dözür. Ancaq, sevdiyi bəstəkarları soruşarkən qəflətən şalvarını çıxarıb yanbızlarını göstərməsi gənc qızı dəli edir. Üstəlik gənc qızın təsadüfən əlinə keçən notlarını oxuyub onu təhqir etməsi, lağa qoyması...

O, Bethovenin evindən qaçır, monastıra gəlir, bibisini qucaqlayıb ağlayır. Bibisi qıza təsəlli verərək Bethovenin qarasına deyinir: "Abırsız katolik və alkaş!"

...Amma gözlənilməz hadisə baş verir. Bethoven Annanın arxasınca monastıra gəlir. Rahibələri təhqir edərək onun yerini soruşur. Polis çağırılmaq ərəfəsində Anna çıxır... Bütün dünyanı lərzəyə salan dahi bəstəkar qəflətən Annanın qarşısında diz çöküb üzr istəyir və onu bağışlamasını xahiş edir...

Uğurlu premyera

Bethoven yanılmırdı...

Anna Holtz onu həqiqətən də anlayırdı.

Bu gənc qızın köməyi ilə Bethoven 9-cu simfoniyasına uğurla dirijorluq edir. Anna sadəcə orkestrin içində gizlənib keçidləri əl işarəsi ilə musiqini eşitməkdə çətinlik çəkən Bethovenə başa salır. Bethoven isə əməlli-başlı qiyamət düzəldir!

Qardaşı oğlu