“Mən heç “kaşilok”u açmamışam” Əməlindən danışan oğrunun daha bir dələduzluğu tapıldı VİDEO FOTO


Kriminal 16 Dek 2017 14:20:00 348 0

“Mən heç “kaşilok”u açmamışam”  Əməlindən danışan oğrunun daha bir dələduzluğu tapıldı  VİDEO  FOTO

Paytaxt sakini olan qadın naməlum şəxsin onun içərisində pul, təqaüd kartı və digər əşyaları olan çantasını əlindən alıb qaçdığı barədə Xətai Rayon Polis İdarəsinə məlumat verib. Son.az ARB TV-yə istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs tutulub. Orxan Nuriyev - saxlanılan şəxs: ""Kaşlok"u əlimə alandan sonra baxdım ki, yanımda 2-3 nəfər var. "Kaşlok"u heç mən açmamışam". Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə tədbirlərlə onun digər cinayətinin də üstü açılıb. Müəyyən edilib ki, Orxan Nuriyev noyabrın 17-də Xətai rayonu ərazisində başqa bir qadının içərisində 230 manat olan çantasını soyğunçuluq yolu ilə əlindən alaraq hadisə yerindən uzaqlaşıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. Orxan Nuriyevin analoji cinayətlərdə iştirakı istisna edilmir. Odur ki, onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" xidməti-zəng mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.


Xəbərə aid foto