Son 13 ildə ABŞ vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlanıb


Siyasət 15 Dek 2017 11:04:34 257 0

Son 13 ildə ABŞ vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlanıb

Azərbaycanlılar daha çox ölkənin Kaliforniya ştatında yaşayırlar

Son 13 ildə 11882 azərbaycanlı naturalizasiya qaydasında ABŞ vətəndaşlığı alıb.

"Report" xəbər verir ki, onlardan 4959-u kişi, 6916-ı isə qadındır.

Yeddi nəfər isə rəsmi məlumatlarda hansı cinsə mənsub olduqlarını qeyd etməyiblər.  

Həmçinin ABŞ-da azərbaycanlıların ən çox yaşadıqları ştatın adı açıqlanıb. Bu ölkənin Kaliforniya ştatıdır.

ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin rəsmi hesabatına əsasən, 2003-2016-cı illərdə ABŞ passportunu əldə edərkən 3954 azərbaycanlı daimi yaşayış ünvanı kimi sənədlərdə bu ştatı göstərib. İkinci yerdə Nyu- York ştatı (3331) və Missuri (1762) gəlir. 

Vüsal Əzizov