Əməkdar artistin ÜRƏKDAĞLAYAN HƏYATI: "Xalq düşməni", narkotika, içki və... VİDEO FOTO


Kriminal 15 Dek 2017 07:41:00 330 0

Əməkdar artistin ÜRƏKDAĞLAYAN HƏYATI: "Xalq düşməni", narkotika, içki və...  VİDEO  FOTO

Azərbaycan tamaşaçısı onu "Görüş" filmi ilə tanıyıb. Özbəkistanın önəmli aktrisalarından biri, SSRİ kinematoqrafçıları İttifaqının üzvü, Əməkdar artist, sənədli film rejissoru Nelli Ataullayeva 1931-ci ildə Daşkənddə dünyaya gəlib. 1953-cü ildə Daşkənd Bədii Teatr İnstitutununun aktyorluq fakültəsini bitirib. "Yeni mənzil", "Görüş", "Aşiqlər", "Əmirliyin qəzası" və s. filmlərdə çəkilib. 1962-ci ildən "Uzkinoxroniki" studiyasında çalışmağa başlayıb və 22 sənədli film çəkib.

Son.az "Görüş" filmində Lala İsmayılovanı canlandıran Nelli Ataullayevanın faciəvi həyat hekayəsini və sənətçi yoldaşlarının onun haqqında dediyi fikirləri təqdim edir:

Özbəkistanlı sənətçi, Əməkdar İncəsənət Xadimi Əli Xamrayev:

"Nellini uşaqlıqdan xatırlayıram. Mənim anam "Uzbekfilm"də montajçı işləyirdi deyə bütün günüm studiyada keçirdi. Nelli ora-bura qaçırdı. Heyranlıqla bu prosesi müşahidə edirdim. O qədər gözəl idi ki, işıq saçırdı".

Nelli sənədli film rejissoru olsa da, bədii filmlərə çəkilmək istəyirdi. Lakin kimdənsə nəyisə xahiş etmək onun adəti deyildi. O, heç vaxt ruhdan düşmür, necə istəyirdisə, elə də yaşayırdı. Aşiq olanda və film çəkəndə bütün ruhunu ortaya qoyurdu. Nelli öz dostlarına "Qocalığı təsəvvür etmirəm, istəyirəm gənc və gözəl ölüm" deyirdi".

Aktrisa universitetin son kursunda oxuyarkən moskvalı Volodya adlı oğlanla evlənir. Amma həyat yoldaşının yüksəkvəzifəli məmur olan valideynləri onları qəbul etmir və yeni ailəni evdən çıxarırlar. Həmin vaxt isə Nelli hamilə olduğunu öyrənir. O, övladını itirməkdən çox qorxurdu. Volodya isə Nellinin hamilə olmasını eşidib sevinmir, çünki özünü ata olmağa hazır hiss etmirdi. Ərinin soyuq münasibətilə üz-üzə qalan Nelli imtahanlarını verib, məcburən ata evinə - Daşkəndə dönməli olur. 1963-cü ilin payızında onun oğlu - Nikita dünyaya gəlir. Volodya isə Daşkəndə oğlunu və həyat yoldaşının qohumlarını görməyə, onlarla tanış olmağa gəlir. O, Nellini Moskvaya aparmaq istəsə də, Nelli buna razı olmur. O, oğlu ilə Daşkənddə qalmağı üstün tutur və tədricən Volodya və Nellinin münasibətləri pozulur.

Nelli isə həyatına davam etməyə, sənədli filmlər çəkməyə başlayır. Onu heç bir çətinlik qorxutmurdu. İstiyə, soyuğa dözüb, şəraitsiz, susuz mehmanxanalarda yaşayaraq çəkilişlər edirdi. O, həmişə daha maraqlı kadrların axtarışında idi. Tikinti kranına çıxıb, keçilməz dərələrə enirdi. Nelli xırıltılı səs tembri və şən gülüşləri ilə bütün yorğunluğunu çıxarırdı. O, bu sahədə lider idi.

Nellinin ən mənfi xüsusiyyəti isə narkotik istifadəçisi olması və içki içməsiydi. Bu məhvedici vərdişlər onun çətin həyatında dopinq idi.

Zahirən yüngül, qayğısız Nellini narahat edən isə atasının dəhşətli taleyi idi. Nellinin üç yaşı olarkən onun atası həbs edilmişdi. Xayrul Ataullayev otuzuncu illərdə əvvəlcə Buxarada daha sonra Daşkənddə təhsil sahəsində yüksək postlarda işləyib. Anası Zöhrə Ataullayeva pedaqoq idi, məktəbdə çalışırdı. Bacısı Tez Ataullayevanın xatirələrindən:

"Bizim uşaqlığımız pionerlərin evinin həyətində keçib. Burada Özbəkistanın ədəbiyyatının bir çox nümayəndəsi yaşayırdı. 1937-ci ilin aprelində atamı, təhsil nazirinin müavini vəzifəsindən çıxartdılar. İyunun sonunda axşam biz Nelli ilə həyətdə oynayarkən hərbi formada bir neçə kişi maşından çıxdı və mənzilimizə yollandı. Bir müddətdən sonra anamız bizi evə çağırdı. Otaqlarda qorxunc qarışıqlıq hökm sürürdü. Şkaflarda və böyük yazı masasında bütün cəftələr sındırılmışdı. Döşəmədə kağızlar, kitablar sərilmişdi. Onlar atamı "Xalq düşməni" olmaqda ittiham etdilər. Atam təlaşlı şəkildə və çaşqınlıqla onlara baxırdı. O, məni qucaqladı, Nellini sinəsinə bərk sıxdı, hər kəsi yanağından öpdü və dedi: "Mən tezliklə gələcəyəm!..." Bu onun son sözləri idi... Çarpayının yanında anam dururdu. O ağlayırdı...

Atamın həbsindən yarım il sonra üçüncü bacım doğuldu. Bir gün əvvəl biz atamdan məktub almışdıq. O, yazırdı: "Əziz qızlarım, sizi çox sevirəm... Mənim üçün narahat olmayın... Zöhrə, əgər oğlan doğularsa, onun adını Pulatı qoy, yox qız olarsa, Gülçöhrə olsun".

Gülçöhrə isə xatirələrini belə bölüşür:


Xəbərə aid fotolar