Ermənistan ordusunun daha bir əsgəri minaya düşüb


Siyasət 12 Dek 2017 11:53:37 246 0

Ermənistan ordusunun daha bir əsgəri minaya düşüb

Həkimlər onun vəziyyətini ağır sabit kimi qiymətləndirirlər

Ermənistan ordusunun daha bir əsgəri mina partlayışından yaralanıb.

"Report" "news.am"aa istinadan xəbər verir ki, hadisə dekabrın 11-də ön xətt mövqelərində baş verib. 

Partlayış nəticəsində döyüş növbətçiliyi aparan Ermənistan ordusunun əsgəri, 1998-ci il təvəllüdlü Artur Qariki Danielyan yaralanıb. 

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Arcrun Hovannisyan məlumatı təsdiq edib. Hazırda hərbi qulluqçu Berd hərbi hospitalında müalicə olunur. Həkimlər onun vəziyyətini ağır sabit kimi qiymətləndirirlər.