Necdət Ünüvar: "Heydər Əliyev hər bir addımında Azərbaycan və Türkiyənin maraqlarını nəzərə alan lider olub"


Siyasət 11 Dek 2017 11:56:00 295 0

Necdət Ünüvar: "Heydər Əliyev hər bir addımında Azərbaycan və Türkiyənin maraqlarını nəzərə alan lider olub"

Ümummilli lider Heydər Əliyev hər bir addımında Azərbaycan və Türkiyənin maraqlarını nəzərə alan lider olub.

Mili.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar bildirib.

N.Ünüvar qeyd edib ki, ulu öndər Heydər Əliyev həm də Türkiyəyə böyük məhəbbət bəsləyib:

"Heydər Əliyevin "bir millət, iki dövlət" sözü artıq Azərbaycan və Türkiyədə nəsildən-nəsilə keçən atalar sözünə çevrilib".

O bildirib ki, müasir Azərbaycanın əldə etdiyi nailiyyətlər Heydər Əliyevin qərarlarının nə qədər doğru olduğunu göstərir.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində