Azərbaycanda 21 yaşlı gənci bıçaqladılar, avtomobilini qaçırtdılar


Kriminal 08 Dek 2017 23:07:00 305 0

Azərbaycanda 21 yaşlı gənci bıçaqladılar, avtomobilini qaçırtdılar

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, rayon sakini, 1996-cı il təvəllüdlü Məhərrəmov Xasay Mehman oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən X.Məhərrəmovun vəziyyəti orta ağır olaraq qalır.