Gəncədə qətl törədilib


Kriminal 08 Dek 2017 08:46:00 247 0

Gəncədə qətl törədilib

Gəncədə qətl hadisəsi törədilib. Son.az APA-ya istinadən xəbər verir ki, gecə saat 01.00 radələrində şəhərin Dədə Qorqud küçəsində üzərində bıçaq xəsarətləri olan cavan yaşlarında kişi aşkarlanıb. Xəstəxanaya aparılsa da onun artıq öldüyü məlum olub. Qətlə yetirilən şəxsin kimliyi məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.