İlham Əliyev: "Bu ilin əvvəlindən 250 min xarici vətəndaş "ASAN viza"dan istifadə edərək Azərbaycana gəlib"


Siyasət 07 Dek 2017 17:38:00 43 0

İlham Əliyev: "Bu ilin əvvəlindən 250 min xarici vətəndaş "ASAN viza"dan istifadə edərək Azərbaycana gəlib"

"Bu ilin əvvəlindən 250 min xarici vətəndaş "ASAN viza"dan istifadə edərək Azərbaycana gəlib".

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, dekabrın 7-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba "ASAN həyat" Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev Kompleksin əməkdaşları ilə görüşü zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "Biz "ASAN"ın funksiyalarını genişləndiririk və mənim tərəfimdən müvafiq sərəncamlar imzalanmışdır. "ASAN xidmət" fəaliyyətə başlayanda sadəcə olaraq ictimai xidmətlər göstərirdi. Bu gün artıq "ASAN kommunal", "ASAN viza", "ABAD" mərkəzləri yaradılır. O sahələrdə ki, ölkə üçün prioritet sayılır. O sahələrdə ki, qüsurlar, nöqsanlar var.

Bilirsiniz ki, biz indi turizmin inkişafı ilə çox ciddi məşğuluq və bu ilin 10 ayında Azərbaycana gələn turistlərin sayı 20 faiz artmışdır. Keçən il 24 faiz artmışdır".

Prezident bildirib ki, turistlərin gəlişini əngəlləyən əsas məsələ viza məsələsi idi: "Mən əvvəlki dövrlərdə müvafiq dövlət qurumlarına dəfələrlə ciddi tapşırıqlar vermişdim ki, viza məsələsində çox ciddi islahatlar aparılmalıdır. Ancaq o islahatlar yarımçıq qalmışdı. Biz bu məsələni "ASAN"a tapşırdıq. Bu gün mənə məlumat verilir ki, bu ilin əvvəlindən 250 min xarici vətəndaş "ASAN viza"dan istifadə edərək ölkəmizə gəlmişdir. Kommunal ödənişlər sahəsində çox böyük problemlər, çatışmazlıqlar, qüsurlar olmuşdur. İndi "ASAN kommunal" çox gözəl xidmət göstərir".

Vəziyyət gərginləşir: İsrail polisi ilə fələstinlilər arasında qarşıdurma  FOTO like
  • 07 Dek 17:34  
Dünya Vəziyyət gərginləşir: İsrail polisi ilə fələstinlilər arasında qarşıdurma FOTO

ABŞ-ın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması ilə əlaqədar o

arrow Ətraflı
Türkiyə Superliqasında baş məşqçi istefası like
  • 07 Dek 17:28  
İdman Türkiyə Superliqasında baş məşqçi istefası

Türkiyə Superliqasında mübarizə aparan "Antalyaspor"da növbət

arrow Ətraflı
Böyük Britaniyanın ticarət naziri Azərbaycana gəlir like
  • 07 Dek 17:17  
Siyasət Böyük Britaniyanın ticarət naziri Azərbaycana gəlir

Böyük Britaniyanın ticarət və ixracın təşviqi dövlət naziri Baronessa

arrow Ətraflı
Koutinyo "Barcelona"nın onunla maraqlanmasına münasibət bildirib like
  • 07 Dek 17:10  
İdman Koutinyo "Barcelona"nın onunla maraqlanmasına münasibət bildirib

"Liverpool"un yarımmüdafiəçisi Filippe Koutinyo gələcəyi ilə b

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 07 Dek 17:09  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Azərbaycan Respublikası Mərkəzi Bankından Son.az-a verilən məlumata gör

arrow Ətraflı
Vəziyyət gərginləşir: İsrail polisi ilə fələstinlilər arasında qarşıdurma (FOTO) like
  • 07 Dek 17:08  
Digərləri Vəziyyət gərginləşir: İsrail polisi ilə fələstinlilər arasında qarşıdurma (FOTO)

ABŞ-ın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması ilə əlaqədar o

arrow Ətraflı
Dekabrın 8-nə manatın məzənnəsi like
  • 07 Dek 17:04  
Digərləri Dekabrın 8-nə manatın məzənnəsi

Dekabrın 8-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Anar Nağılbazdan video etirafı: Zombiləşmişdim like
  • 07 Dek 17:04  
Şou-biznes Anar Nağılbazdan video etirafı: Zombiləşmişdim

İntim videosu ilə medianın gündəminə çevrilən Anar Nağılbaz yeni açı

arrow Ətraflı