Monteneqro XİN: "2017-ci ildə Qarabağ münaqişəsinin həllində irəliləyişlər müşahidə olunub"
Siyasət 07 Dek 2017 17:13:51 307 0
Sercan Darmanoviç: "Monteneqro ATƏT-in münaqişələrin həlli institutunun səylərinə dəstək verməyə davam edir"
"Report" xəbər verir ki, bunu Monteneqronun xarici işlər naziri Sercan Darmanoviç Vyanada ATƏT-ə üzv ölkələrin xarici işlər nazirləri Şurasının illik iclasında çıxışı zamanı deyib.
"Bu hallarda status-kvonun təhlükəli xarakterini BMT qətnamələrinə və Helsinki Yekun Aktına əsaslanan sülh yolu ilə həll istiqamətində təşviq etmək lazımdır", - S.Darmanoviç bildirib.
Onun sözlərinə görə, Monteneqro ATƏT xətti ilə dayanıqlı siyasi həll yolunun inkişafı üçün daimi atəşkəsin vacib olduğunu hesab edir.
XİN başçısı qeyd edib ki, Monteneqro ATƏT-in münaqişələrin həlli institutunun səylərinə dəstək verməyə davam edir.
Qeyd edək ki, ATƏT-in iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da daxil olmaqla, 40-dan çox XİN başçısı iştirak edir.