İqnasio Kassis: "İsveçrə ATƏT-in Qarabağ münaqişəsinin həlli üzrə səylərini dəstəkləyir"


Siyasət 07 Dek 2017 15:07:44 290 0

İqnasio Kassis: "İsveçrə ATƏT-in Qarabağ münaqişəsinin həlli üzrə səylərini dəstəkləyir"

"Böhran vəziyyətlərini qeydə almaq yox, qabaqlayıcı diplomatik tədbirlər görmək lazımdır"

"İsveçrə ATƏT-in Gürcüstanda və Dağlıq Qarabağdakı münaqişələrin sülh yolu ilə həll edilməsi üzrə səylərini dəstəkləyir".

"Report" xəbər verir ki, bunu İsveçrənin xarici işlər naziri İqnasio Kassis ATƏT-ə üzv olan ölkələrin xarici işlər nazirləri Şurasının Vyanada keçirilən illik iclasında çıxış edərkən deyib.

"Böhran vəziyyətlərini qeydə almaq yox, qabaqlayıcı diplomatik tədbirlər görmək lazımdır", - İ.Kassis bildirib.

Qeyd edək ki, ATƏT-in iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da daxil olmaqla 40-dan çox XİN başçısı iştirak edir.