Oqtay Əsədov Qırğızıstana səfər edəcək
Siyasət 06 Dek 2017 14:22:43 203 0
O, Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclasında iştirak edəcək
“Report”un xəbərinə görə, TÜRKPA Assambleya Şurasının iclasında qurumun fəaliyyəti ilə bağlı məsələlər, o cümlədən növbəti plenar sessiyanın gündəliyinə təklif olunan sənəd layihələri müzakirə olunacaq.
Plenar sessiyada “Parlamentin açıqlığı və şəffaflığı: qərarların qəbul edilməsində yeni texnologiyalar” mövzusunda dinləmələr keçiriləcək, bir sıra təşkilatı məsələlərə baxılacaq, qurumun komissiyalarının hesabat məruzələrinə münasibət bildiriləcəkdir. Sessiyada Milli Məclisin sədri çıxış edəcək.
Səfər çərçivəsində parlamentin spikeri Oqtay Əsədovun tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Səfər dekabrın 8-də başa çatacaq.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Sevinc Hüseynova, Əliyev İlham, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.