“Yuğ” teatrının iki aktyoru işdən çıxdı


Kriminal 05 Dek 2017 15:00:00 259 0

“Yuğ” teatrının iki aktyoru işdən çıxdı

Dövlət "Yuğ" teatrının aktyorları Hikmət Rəhimov və əməkdar artist Rasim Cəfər işdən çıxıblar. 

Son.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə məlumat verib.   O bildirib ki, hər iki aktyor teatrdan öz ərizələri əsasında uzaqlaşıb: "Onlar teatrın tamaşalarında və prosesdə iştirak edə bilmirlər. Hikmət Rəhimov və Rasim Cəfərin başqa işləri var, onlar teatrda qalmağı uyğun bilməyiblər. Səbəb yalnız budur".