Dövlət Dumasında Azərbaycan və İranın iştirakı ilə parlament üçlüyü yaratmaq təklif olunub


Siyasət 05 Dek 2017 13:36:52 282 0

Dövlət Dumasında Azərbaycan və İranın iştirakı ilə parlament üçlüyü yaratmaq təklif olunub

Beynəlxalq əlaqələr üzrə komitənin rəhbəri Leonid Slutskiy aktual məsələlərin müzakirəsi üçün parlament üçlüyünün yaradılmasını təklif edib

Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr üzrə komitəsinin rəhbəri Leonid Slutskiy aktual məsələləri müzakirə etmək üçün Rusiya, Azərbaycan və İran parlament üçlüyünün yaradılmasını təklif edib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Dövlət Dumasının Beynəlxalq əlaqələr üzrə komitəsi bu gün İran İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət üzrə komissiyası ilə birgə iclas keçirir.

"Dəmir yolu, elektrik enerjisi və yanacaq sektorunda (neft və qaz nəzərdə tutulur) əməkdaşlıq Rusiya, Azərbaycan və İran prezidentinin bir neçə ildir işlədiyi "Şimal-Cənub" vertikalıdır ... Əminəm ki, Milli Məclisin sədri Oqtay Əsədovun iştirakı ilə bu üçlük haqqında düşünə bilərik. Bütün bunlar bizim üçün çox maraqlıdır", - L.Slutskiy deyib.