Azərbaycanlı aktrisadan rejissor həyat yoldaşına ad günü sürprizi VİDEO FOTO


Kriminal 04 Dek 2017 21:03:00 337 0

Azərbaycanlı aktrisadan rejissor həyat yoldaşına ad günü sürprizi  VİDEO  FOTO

Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Mehriban Abdullayevanın yeni tamaşanın məşqlərinə başlaması haqda məlumat vermişdik.

Maraqlısı burasındadır ki, aktrisa üçün mono tamaşaya həyat yoldaşı, xalq artisti Ağakişi Kazımov quruluş verir. "İstədiyim kimi yaşayıram" tamaşasına nəhayət ki, ilk baxış keçirilib. Tamaşaya baxış təsadüfən xalq artisti, rejissor Ağakişi Kazımovun ad günü ilə üst-üstə düşüb. Bununla da aktrisa həyat yoldaşına ən böyük hədiyyəni etmiş olub.

"Ağakişi müəllimin 82 yaşı tamam oldu. Tamaşanın ilk baxışının Ağakişi müəllimin ad gününə düşməsi həqiqətən bir təsadüf idi. Sağ olsunlar teatrın kollektivi də bunu çox yaxşı dəyərləndirdi. Tamaşanın premyerası dekabrın 15-də nəzərdə tutulub", - deyə aktrisa bildirib.

Əli Rəhimoğlu


Xəbərə aid fotolar