Biləsuvar sakini keçmiş kürəkəni tərəfindən öldürüldü


Kriminal 02 Dek 2017 10:55:00 263 0

Biləsuvar sakini keçmiş kürəkəni tərəfindən öldürüldü

Biləsuvarda qətl törədilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü Əlican Qəmbər oğlu Ağayev keçmiş kürəkəni, 1983-cü il təvəllüdlü Ramil Nofəl oğlu Məmmədov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.   Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.