Tanınmış rejissor Əmirhüseyn Məcidovun 80 illik yubileyi keçirildi FOTO


Kriminal 01 Dek 2017 10:26:00 473 0

Tanınmış rejissor Əmirhüseyn Məcidovun 80 illik yubileyi keçirildi  FOTO

Tanınmış rejissor Əmirhüseyn Məcidovun 80 illik yubileyi Dövlət Film Fondunda qeyd edilib.

Son.az bildirir ki, Əmirhüseyn Ağaqulu oğlu Məcidov Azərbaycan Televiziyasının sayılıb-seçilən istedadlı rejissorlarından, özünəməxsus yaradıcılıq manerası, öz üslubu olan ustad sənətkarlarından biri idi. O, 1937-ci il noyabr ayının 30-da Xızı rayonunun Tudar kəndində dünyaya göz acıb. Ailəsi ilə Bakıya köçən Əmirhüseyn 1961-ci ildə Kitabxanaçılıq Texnikumunu, 1968-ci ildə isə Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) musiqili teatr aktyoru fakültəsini bitirib. Xalq artisti Soltan Dadaşovun kursunda dərs alıb.

Tələbəlik dövründə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında (1964-1967) rejissor köməkçisi işləyib. "Zirvə", "Arşın mal alan", "Sehirli xalat" filmlərinin çəkilişində iştirak etmişdir. 1967-ci ildən ömrünü televiziyaya bağlayıb. O, "Evrika", "Sağlamlıq", "Odlar diyarı", "Şimşək", "Səadət qadınlar klubu", "Kitab köşkü" , "Yazıçılarımızın yaradıcılığından səhifələr", "Səhər görüşləri" verilişlərinin rejissoru olub. Onun hazırladığı "Klassik irsimizdən" silsilə verilişləri televiziya ekranında ədəbi kökümüzə qayıdış idi.


Xəbərə aid fotolar