Azərbaycanlı aktrisa Türkiyədə ərə getdi: "Gəlməsəydim, bu həyatı yaşamayacaqdım" FOTO


Kriminal 30 Noy 2017 21:05:00 273 0

Azərbaycanlı aktrisa Türkiyədə ərə getdi: "Gəlməsəydim, bu həyatı yaşamayacaqdım"  FOTO

“Həyat yoldaşım məni başa düşür və köməklik edir”

Aktrisa Vüsalə Bəşirovanın Son.az-a müsahibəsi.

- Vüsalə xanım, sizi Bakı Uşaq Teatrından tanıyırıq. Vaxtilə bu teatrın ən aparıcı aktrisalarından biri idiniz. Qəfildən Türkiyəyə getməyə nə sizi vadar etdi?

- Türkiyəyə köçüb, orada yaşamaq mənim uşaqlıq arzum idi. Sözün düzü, hər zaman bu həsrətlə yaşasam da, Türkiyəyə getmək qərarım ani oldu. Bu çox böyük risk idi. Əgər işlərim alınmasaydı, geri qayıdacaqdım. İtirəcəyim heç nə yoxdur deyə düşündüm. Şükürlər olsun ki, hər şey planlaşdırdığım kimi gedir.

- Bir çoxları sizin teatr kollektivi ilə aranızda soyuqluğun olduğunu söyləmişdilər. Əslində bəs necə idi?

- Xeyr, deyilənlər hamısı yalandır. Bütün kollektivlə və aktyor həmkarlarımla münasibətim yaxşıdır. Bakı Uşaq Teatrına mən İncəsənət universitetini bitirmədən işə girmişəm. İntiqam müəllim başlanğıcda bütün tələbələri kimi mənimlə də çox əziyyət çəkdi. Onun və baş rejissorumuz İlhamə xanımın zəhmətindən söz açmaya bilmərəm. Amma bunun bəhrəsini də gördük. Teatrda çalışdığım 6 il ərzində məndən razı qaldıqlarını fəxarətlə deyə bilərəm.

- Yaradıcılığınızı Türkiyədə hal-hazırda davam etdirirsiniz?

- Ankaraya gəldiyim ilk aylarda "Beni affet" serialının 3 bölümündə çəkildim. İndi isə musiqi fəaliyyətimi davam etdirməyə çalışıram.

- Bu seriallar niyə davamlı olmadı?

- Türkiyədə seriallara çəkilmək çox da asan iş deyil. Burada həddindən artıq çox ajans var. Aktyor, aktrisa olmaq istəyənlər isə daha çoxdur. Mən Ankarada yaşayıram və burada sadəcə 2 serial çəkilirdi, qalanları İstanbulda idi. Mən də İstanbulda yaşamadığım üçün seriallarda çəkilə bilmədim.İnşallah ki, yenidən məni türk seriallarında görərsiniz.

- Teatr aktrisası teatrsız nəfəs ala bilmir. Siz bəs necə, heç ordakı teatrlara müraciət etdiniz?

- Mən burada iki özfəaliyyət teatrında çalışdım. Türkiyədəki teatrların heç birində maaş sistemi yoxdur, oynadığın tamaşaya görə qonorar alırsan. Bu da aylıq çox az bir maaş edir. Bu səbəbdən aktyorluq fəaliyyətimi teatrda davam etdirmirəm.

- Müsahibəyə başlayanda qeyd etdiniz ki, müğənnilik fəaliyyətimi davam etdirirəm. İfaçı kimi harada çıxış edirsiniz?

- İfaçı kimi sadəcə restoranlarda və toy məclislərində çıxış edirəm.


Xəbərə aid fotolar