Azərbaycanın ABŞdakı Baş konsuluna yeni vəzifə verildi


Siyasət 30 Noy 2017 10:28:58 275 0

Azərbaycanın ABŞdakı Baş konsuluna yeni vəzifə verildi

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Los Anceles Konsulluq Korpusunun (LAKK) sədri (duayeni) təyin olunaraq, 29 noyabr 2017-ci il tarixindən səlahiyyətlərinin icrasına başlayıb.

Qeyd edək ki, LAKK dünyanın 105 dövlətinin ABŞ-ın Los Anceles şəhərində akkreditə olunmuş baş konsullarını və fəxri konsullarını birləşdirir. Nyu-York şəhərindən sonra LAKK dünyada ikinci ən böyük konsulluq korpusudur.

LAKK-ın duayeni Los Ancelesdə fəaliyyət göstərən bütün Konsulluq Korpusunu təmsil edir və buradakı şəhər, stat və federal qurumlarla, eləcə də digər təşkilatlarla Korpusun münasibətlərinin qurulması və tənzimlənməsinə rəhbərlik edir.

Baş konsul Nəsimi Ağayev 29 noyabrda Los Ancelesdə akkreditə olunmuş bütün baş konsullara və fəxri konsullara məktub ünvanlayaraq, öz müxtəlifliyi və multikulturalizmi ilə seçilən Los Anceles şəhərində Konsulluq Korpusunun fəaliyyətinin daha da təkmilləşdirilməsi naminə onun bütün üzvləri ilə sıx əməkdaşlığa ümid etdiyini bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2005-ci ildə yaradılmış Azərbaycan Respublikasının ABŞ-ın Los Anceles şəhərindəki Baş Konsulluğu Kaliforniya ştatı da daxil olmaqla 13 qərb ştatlarına məsuldur.   İlkin İzzət Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində