Prezident İlham Əliyev Türkmənistanla ikitərəfli sənədləri təsdiq etdi


Siyasət 29 Noy 2017 18:42:00 243 0

Prezident İlham Əliyev Türkmənistanla ikitərəfli sənədləri təsdiq etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlığın gələcək inkişafı haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə  fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlığın gələcək inkişafı haqqında 2017-ci il avqustun 8-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Energetika Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.