"Ermənistan Arazı çirkləndirir, xərçəng xəstəliyi artır" İranlı deputat


Siyasət 29 Noy 2017 13:53:51 316 0

"Ermənistan Arazı çirkləndirir, xərçəng xəstəliyi artır"  İranlı deputat

İranlı deputat Ermənistanı Arazı çirkləndirməkdə ittiham edib.

Son.az trend-ə istinadən xəbər verir ki, bu gün İran parlamentinin iclasında çıxış edən millət vəkili Şəkur Purhüseyn Ermənistanın Araz çayını çirkləndirdiyini bildirib.

O qeyd edib ki, bu fakt Ərdəbil vilayətinin Muğan bölgəsində xərçəng xəstəliyinin artmasına səbəb olub.

Deputat bu acınacaqlı halı "xərçəng sunamisi" adlandırıb.