Ceyhun Ələkbərova vəzifə verildi FOTO


Siyasət 28 Noy 2017 15:20:00 311 0

Ceyhun Ələkbərova vəzifə verildi  FOTO

Ələkbərov Ceyhun Vəkil oğlu Efiopiya Federal Demokratik Respublikasının Azərbaycana Fəxri Konsulu təyin olunub.

Xarici İşlər Nazirliyindən (XİN) Son.az-a verilən məlumata görə, XİN-nin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Efiopiya Federal Demokratik Respublikasının Azərbaycana təyin olunmuş Fəxri Konsulu Ələkbərov Ceyhun Vəkil oğlunu qəbul edib.

Görüş əsnasında Ceyhun Ələkbərov Fəxri Konsul təyinatı ilə əlaqədar patent sənədini səfir Pərvin Mirzəzadəyə təqdim edib. Ceyhun Ələkbərov Fəxri Konsul kimi fəaliyyəti müddətində Efiopiya ilə Azərbaycan arasında dostluğun, mədəni və iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Səfir Pərvin Mirzəzadə xarici işlər naziri cənab Elmar Məmmədyarovun bu ilin 8-10 noyabr tarixlərində Efiopiyada rəsmi səfərdə olduğunu və bu ölkənin rəsmi dairələri ilə məhsuldar görüşlər keçirdiyini xatırladaraq iki ölkə arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.

Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Fəxri Konsul Ceyhun Ələkbərova gələcək fəaliyyətində uğurlar arzu edib.

Pünhan Mirzə

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid foto