Azərbaycan-Fransa hərbi əməkdaşlıq planına uyğun olaraq təcrübə mübadiləsi aparılır


Siyasət 28 Noy 2017 11:38:24 228 0

Azərbaycan-Fransa hərbi əməkdaşlıq planına uyğun olaraq təcrübə mübadiləsi aparılır

Hərbi Dəniz Qüvvələrində “Dənizdə dövlət fəaliyyəti üzrə təcrübə mübadiləsi” seminarı keçirilir

Azərbaycan və Fransa Müdafiə Nazirlikləri arasında 2017-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq Planına əsasən Bakı şəhərində “Dənizdə dövlət fəaliyyəti üzrə təcrübə mübadiləsi” mövzusunda seminar keçirilir.

Bu barədə "report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi Dəniz Qüvvələrinin qərargahında təşkil olunan ikigünlük tədbirdə “Dəniz təhlükəsizliyi”, “Qaçaqmalçılığa qarşı fəaliyyətlər”, “Dənizdə çirklənmənin qarşısının alınması” və digər mövzularda məruzələr dinləniləcək.