Tbilisidə "İkinci İpək yolu" beynəlxalq konfransı başlayıb


Siyasət 28 Noy 2017 09:56:28 276 0

Tbilisidə "İkinci İpək yolu" beynəlxalq konfransı başlayıb

Tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edir

Tbilisidə "İkinci İpək yolu" beynəlxalq konfransı başlayıb.

"Report"un Gürcüstan burosu xəbər verir ki, tədbirdə 50 ölkədən mindən çox numayəndə iştirak edir.

Konfransda Azərbaycanı nəqliiyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov, Xəzər Dəniz Gəmiçiliyinin rəisi Rauf Vəliyev və digər təsmi şəxslər təmsil edirlər. 

Konfransda ilk dəfə olaraq Ukrayna və Moldovanın bas nazirləri və Sloveniyanın baş nazirinin müavinini iştirak edirlər.

Tədbiri Gürcüstanın baş naziri Georgi Kvirikaşvili açaraq ölkəsinin tarixi İpək yoluna böyuk önəm verdiyini bildirib. O, Gurcüstanın iqtisadi inkişafı, beynəlxalq layihələrdə iştirakı, ölkəsinin investisiya imkanları barədə ətraflı məlumat verib.

Konfransda Böyük İpək yolunun inkişafı, reginal təhlükəsizlik, iqtisadi, enerji, infrastruktur layihələri, logistika, regional əməkdaşlıq məsələləri diqqət mərkəzində olacaq.

Tədbirdə, həmçinin, həyata keçirilən iri regional neft və qaz layihələri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi diqqət mərkəzində olacaq.