6 ay əvvəl baş vermiş uşaq ölümündə qonşu qadın ittiham olunur


Kriminal 27 Noy 2017 15:12:00 267 0

6 ay əvvəl baş vermiş uşaq ölümündə qonşu qadın ittiham olunur

Quba rayonunda 4 yaşlı uşağın ölümündə qonşu qadın günahkar bilinib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə uşağın ölümündə təqsirləndirilən Lalə İsrafilovanın vəkili Əli Hüseynov məlumat verib.

Vəkil bildirib ki, hadisə 2017-ci il may ayının 9-da Quba rayonunun Bərqov kəndində baş verib.

Kənd sakini, 2013-cü il təvəllüdlü Mustafazadə Fuad Həbib oğlu ailəsinin münasibəti olmadığı 1971-ci il təvəllüdlü İsrafilova Lalə Həsən qızının həyətinə icazəsiz daxil olub. Azyaşlı həyətdəki gülləri yolarkən L.İsrafilova bunu görüb və həyətdən çıxmasını istəyib. Qadının onu qovmasına baxmayan uşaq hərəkətlərini davam etdirib. Bu zaman L.İsrafilova uşağı qovub. F.Mustafazadə qadından qorxaraq həyətdən qaçmağa başlayıb. Həyət darvazasından çıxarkən uşaq küçədə yıxılıb və baş nahiyəsindən aldığı xəsarət nəticəsində dünyasını dəyişib.