Azərbaycanda xalq şairinin qohumlarının 3 milyon manat pulunu "yedilər"


Kriminal 25 Noy 2017 16:04:00 268 0

Azərbaycanda xalq şairinin qohumlarının 3 milyon manat pulunu "yedilər"

Ötən həftənin ən səs-küylü məhkəmə proseslərindən biri Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Burada dələduzluqda, mənimsəmədə təqsirləndirilən "Dəmir Bank" ASC-nin Bayıl filialının sabiq müdiri 31 yaşlı Fərəh Rəşadətli, xəzinadarı 31 yaşlı Tamamgül Xanlarova və bankın əməkdaşı 28 yaşlı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az virtualaz.org-a istinadən saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Bir ailənin üzvləri və 3 milyon manat

İstintaq yolu ilə müəyyən edilib ki, Fərəh Rəşadətli "Dəmir Bank" ASC-nin Bayıl filialının müdiri vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda əmlakı ələ keçirib, dələduzluq edib, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədib.

O, Tural Axundovdan 395 min manat, Əzizə Axundovadan 1 milyon 155 min manat, Bəhruz Axundovdan 400 min manat, Pərvanə Əliyevadan 400 min manat, Gülnur Axundovadan 300 min manat, Sevda Xəlilovadan 300 min manat, Firəngiz Xəlilovadan 150 min dollar, Rüstəm Qasımovdan 100 min dolları əmanət kimi alaraq mənimsəyib. Qeyd edək ki, adları çəkilən şəxslər Azərbaycanın xalq şairi Xəlil Rzanın qohumlarıdır.

"Dəmir Bank"ın nümayəndəsi Firudin Quliyev mülki iddia qaldıraraq banka dəymiş maddi və mənəvi ziyana görə 100 min manat ödənilməsini tələb edib.

Qohum bank müdiri

Təqsirləndirilən Fərəh Rəşadətli istintaqa verdiyi ifadəsində 2011-ci ildən ildən etibarən "Dəmir Bank" ASC-nin Bayıl filialına müdir təyin olunduğunu, 2016-cı ilin avqustunda rəhbərlik tərəfindən işdən azad edildiyini göstərib. İşlədiyi dövrdə filial müdiri olaraq kreditlərin verilməsinin təşkil olunmasına, əmanətlərin banka cəlb edilməsinə və işçilərin iş fəaliyyətinə nəzarət edib.

"Bayıl" filialına əmanət yerləşdirən Bəhruz Axundov, Tural Axundov, Pərvanə Əliyeva, Əzizə Axundova, Gülnur Axundova, Sevda Xəlilova və Firəngiz Xəlilova ilə uzaq qohumluqları olub.

Bütün sənədlər saxtalaşdırılıb