“Şərq Tərəfdaşlığı” ölkələrində islahatların genişləndirilməsi çox vacibdir”


Siyasət 23 Noy 2017 21:21:00 296 0

“Şərq Tərəfdaşlığı” ölkələrində islahatların genişləndirilməsi çox vacibdir”

Aİ ilə Azərbaycan arasında yeni sazişin imzalanması istiqamətində işlər gedir və biz bu ölkə ilə təmasları genişləndiririk. 

Son.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Aİ Şurasına sədrlik edən Estoniya prezidenti Kersti Kalyulayd Brüsseldə "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində təşkil edilmiş press-tur iştirakçıları ilə görüşdə deyib. O bildirib ki "Şərq Tərəfdaşlığı" ölkələrində islahatların genişləndirilməsi çox vacibdir və Aİ bu istiqamətdə bu ölkələrə dəstək verir: "2009-cu ildə "Şərq Tərəfdaşlığı" proqramı yaranandan bu vaxtadək Avropa İttifaqının bu proqrama dəstəyi 5,4 milyard avro dəyərində qiymətləndirilir". 

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin