Laçın icra hakimiyyətinin İraqın şimalındakı "referendum"u dəstəkləyən şöbə müdiri işdən çıxarılıb


Siyasət 23 Noy 2017 16:11:22 322 0

Laçın icra hakimiyyətinin İraqın şimalındakı "referendum"u dəstəkləyən şöbə müdiri işdən çıxarılıb

Hələlik icra hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsinə təyinat olmayıb

Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev vəzifəsindən azad edilib. 

"Report"un xəbərin görə, bununla bağlı Laçın RİH-də iclas keçirilib və qərar qəbul olunub.

Hələlik icra hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsinə təyinat olmayıb.

Qeyd edək ki, bir müddət öncə, F.Tanrıverdiyev özünün facebook profilində İraqın şimalında yerli hökumətin keçirdiyi "referendum"u dəstəkləyən fotolar yayıb. Onun hərəkəti "facebook"da və mətbuatda ciddi tənqid olunub.