Prezident Ağacan Abiyevi “Şərəf” ordeni ilə təltif edib


Siyasət 23 Noy 2017 15:18:23 307 0

Prezident Ağacan Abiyevi “Şərəf” ordeni ilə təltif edib

Dövlət başçısı sərəncam imzalayıb

Prezident İlham Əliyev Ağacan Abiyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ağacan Qulam oğlu Abiyev “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah, noyabrın 24-də A.Abiyevin 80 yaşı tamam olur.