Stoltenberq: "NATO Azərbaycana minnətdardır"


Siyasət 23 Noy 2017 13:36:38 269 0

Stoltenberq: "NATO Azərbaycana minnətdardır"

NATO Azərbaycana Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına davamlı dəstəyinə görə minnətdardır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Alyansın mənzil-qərargahında Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

Baş katib qeyd edib: "Bu gün biz uzunmüddətli əməkdaşlığımızı müzakirə etdik. Biz Azərbaycana Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyası çərçivəsində Əfqanıstan milli təhlükəsizlik qüvvələrinə hərbi qüvvə, nəqliyyat və maliyyə yardımına görə minnətdarıq".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində