Yaşar Nurinin xanımı: "O Firəngizi sevməsəydi, inandırıcı oynamazdı, buna görə ailəmi dağıda bilməzdim" FOTO


Kriminal 22 Noy 2017 21:07:00 299 1

Yaşar Nurinin xanımı: "O Firəngizi sevməsəydi, inandırıcı oynamazdı, buna görə ailəmi dağıda bilməzdim"  FOTO

“Sevib-sevib də, ürək sevmək üçündür”

O səhnəmizin əvəzsiz aktyoru, ustad sənətkarıdır. Peşəkar oyun tərzi ilə uşaqdan-böyüyə hamının sevgi və rəğbətini qazanmış, dəyərli aktyor xalq artisti Yaşar Nuri! Ölümündən 5 il keçməsinə baxmayaraq sənətkar onu sevənlərin qəlbində həmişə yaşayır. Son.az-ın əməkdaşı sənətkarın ölümünün 5-ci ildönümü ərəfəsində aktyorun ömür-gün yoldaşı Rəhimə Nuriyeva ilə söhbətləşib. Onun haqqında keçmişdə danışmaq nə qədər çətin olsa belə...

- Rəhimə xanım, biz Yaşar Nuriyevi bir sənətkar kimi həmişə ekranlarda görmüşük. Gördüyümüz qədərilə həm komik, həm də dramatik rollar yaradıb. Bəs evdə necə bir insan, həyat yoldaşı idi?

- Mən onun nə teatr, nə də kino həyatını təhlil etmək iqtidarında deyiləm, çünki istər teatrşünaslar, istərsə də kinoşünaslar bu haqda çox yazılar yazıb, təhlillər aparıb. O qeyri-adi bir sənətkar idi, hansı ampluada olursa-olsun özünü göstərə bilirdi. Qüdrətli sənətkar evdə çox qəliz bir insan olur. O bizi həm güldürürdü, həm də ağladırdı. Bir sözlə hər şey onun əhval-ruhiyyəsindən asılı idi. Mən hal-hazırda sizinlə danışıram, elə bilirəm ki, onun hansısa bir obrazını təhlil edirəm. Məndə bu dəqiqə elə bir hiss var.

- Kaprizli insan idi?

- Çox kaprizli idi. Yeməkdən başqa hər şeydə kapriz edirdi. Geyimlərinə qarşı çox tələbkar idi. Hər şey səliqəli, yerli-yerində olmalı idi. O mənim zövqümə arxayın olub, çox hallarda geyimlərinin seçimini mənim öhdəmə buraxırdı. Ümumiyyətlə hər bir insanda kapriz var, o ki, qalsın bu boyda böyük sənətkarda. Hər halda qadından da çox şey asılıdır.

- Deyirlər ki, hər güclü bir kişinin arxasında mütləq şəkildə bir qadın olur. Siz həmişə onun yanında olub, onu qorudunuz.

- Hər dövrün öz qanunları, yaşam tərzi var. 1975-ci ildə mən hələ konservatoriyada oxuyurdum. Qohumlarından ona demişdilər ki, belə bir qız var, get düş dalınca, gör necədir? Biz ata-anasının təkidi ilə ailə həyatı qurmuşuq, amma görün sona qədər necə yaşadıq!

- Bir-birinizi əvvəldən tanımırdınız?

- Xeyr, biz tanış deyildik. Sadəcə bilirdim ki, Yaşar uzaq qohumumdur. Mən heç onların ailəsinə də gedib-gəlmirdim. Anam qohum olduğu üçün tez-tez onlarda qonaq olurdu. Mən Yaşarı heç vaxt görməmişdim.

- Deməli ailəniz sevgi üzərində qurulmayıb?

- Desəm ki, ailəmiz böyük sevgi üzərində qurulub yalan olar. Amma yaş keçdikcə bu sevgi daha da böyüyür. Ömrünün son 7 ilində biz daha böyük sevgi yaşadıq. Mən sanki bir quş kimi göydə uçurdum. Nə olsun ki, o xəstə idi? Onun xəstəliyi də, gülüşü də, kədəri də mənim idi. Mən istəmirdim ki, onu xəstə halda kimsə görsün. Yaxşı olanda yanına adam buraxırdım, yaxşı olmayanda isə onu hamıdan gizlədirdim.

- Adətən sevgi üzərində qurulmayan ailələr uzunömürlü olmur. Bəs ailənizi necə qorudunuz?

- Qadın nə qədər "dığ-dığ" etsə, kişi də bir o qədər evdən uzaqlaşır. Mən bunu anormal hal kimi qəbul edirəm. Kişi işdən evə gəlirsə, ona ilk növbədə qulluq etməlisən, problem yaşatmamalısan! Bəzən elə olurdu ki, evdə problem olurdu, günlərlə ona demirdim. Onu bütün problemlərdən uzaqlaşdırmışdım. Ailə həyatı quranda özü də mənə demişdi ki, aktyoram, hər şey ola bilər, "lalam, karam, koram".

- Bütün bunlara əməl etdiniz?

- Bu qayda-qanunlar mənə yad deyildi. Çünki mən atamla-anamı evdə o cür görmüşdüm. Bəlkə də elə bir "minusları" olmuşdu ki, mən heç vaxt hiss etməmişdim.

- Yeni ailə həyatı qurarkən dedi-qodular oldu?

- Bəli, çox olurdu? amma mən bunlara önəm vermirdim. Bu sözləri ciddi qəbul etməsəm də, ürəyimə bir xal düşürdü. Onun sağlamlığını nəzərə alıb, xətrinə dəymirdim. Mən bilirdim ki, nələr baş verir. O "Səni axtarıram"-da ürəkdən oynamasaydı, görəsən tamaşa necə alınardı? Mən tamaşaçı kimi oturub bu tamaşanı gözləyirdim ki, indi göstərəcəklər. Bu ekran işi müasir sevginin klassikasıdır.

- Elə nə oldu bu tamaşadan sonra oldu.

- Görünür başı bəlalı tamaşadır (gülür). Çox uğurlu tamaşa idi, indiyə qədər də gündəmdən düşmür.

- Amma bu tamaşa bir çox şayiələrə də yol açdı.