Bakıda 45 yaşlı kişi qətlə yetirildi


Kriminal 22 Noy 2017 10:54:00 269 0

Bakıda 45 yaşlı kişi qətlə yetirildi

Bakıda qətl törədilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü İsgəndər Şükür oğlu Hüseynov aralarında yaranmış mübahisə zəminində tanışı, 1972-ci il təvəllüdlü İlqar Yelmar oğlu Mirzəyevi bıçaqlayaraq öldürüb.   Ş.Hüseynov saxlanılıb.   Faktla bağlı Qaradağ Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.