Əməkdar artisti avtobusda döymək istədilər


Kriminal 21 Noy 2017 15:00:00 219 0

Əməkdar artisti avtobusda döymək istədilər

Əməkdar artist, tanınmış aktyor İlqar Cahangir seriallardakı obrazlarına görə tamaşaçıların qınağına tuş gəlib.

Son.az xəbər verir ki, yenicag.az-a açıqlama verən aktyor hətta bir dəfə az qala avtobusda döyüləcəyini də deyib:

"Tamaşaçı çox vaxt serialla həyatı dəyişik salır. "Pərvanələrin rəqsi" serialında Orxan obrazını canlandırırdım. Buna görə məni avtobusda döymək istəyiblər. Ceyranbatanda yaşıyıram. Bakı-Sumqayıt mikroavtobusu ilə evə gedirdim. Qabaq oturacaqda əyləşmişdim, sürücü də qonşum idi. Arxadan beş-altı nəfər hökmlə qışqırdı ki, gəlin bunu döyək, heyfimizi alaq. Deyəsən, eyni ailənin üzvləri idi. Bir gənc yalvar-yaxar etdi ki, oturun yerinizdə, adam aktyordur, serialdakı obrazın onunla heç bir əlaqəsi yoxdur.