ATƏT-in yeni baş katibi Dağlıq Qarabağla bağlı missiyası barədə danışıb


Siyasət 21 Noy 2017 05:59:10 283 0

ATƏT-in yeni baş katibi Dağlıq Qarabağla bağlı missiyası barədə danışıb

O, təşkilatın münaqişə zonasında baş verənləri çox diqqətlə izlədiyini bildirib

ATƏT-in yeni baş katibi Tomas Qreminqer Rusiyanın RBK nəşrinə müsahibəsində rəhbərlik etdiyi qurumun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rolundan danışıb.

“Report” xəbər verir ki, o, müsahibəsində təşkilatın Ermənistan-Azərbaycan münaqişəsi zonasında baş verənləri çox diqqətlə izlədiyini bildirib.

"Biz baş verənləri çox diqqətlə izləyirik. Bizdə xüsusi alət – ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşikin rəhbərlik etdiyi missiya var ki, onun əməkdaşları təmas xətti boyunca vəziyyəti diqqətlə müşahidə edirlər", - deyə Qerminqer qeyd edib.