Lavrov: “ABŞRusiya münasibətlərinin Qarabağ məsələsində əməkdaşlığa təsiri yoxdur”


Siyasət 20 Noy 2017 12:17:00 267 0

Lavrov: “ABŞRusiya münasibətlərinin Qarabağ məsələsində əməkdaşlığa təsiri yoxdur”

ABŞ-la Rusiya arasında münasibətlərin bəzi sahələrdə dalana dirənməsinə baxmayaraq, bu münasibətlər Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində əməkdaşlığa təsir etmir.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ADA Universitetində tələbələr və müəllim heyəti ilə görüşü zamanı deyib.   O qeyd edib ki, Rusiya ABŞ və Fransa ilə ümumi mövqeyə malikdir: "Həmsədrlər, səfirlər nazirlərlə görüşürlər, mütəmadi regiona səfər edirlər. Mən ümid edirəm ki, prezidentlər arasında keçən ay keçirilən görüş münaqişənin həlli istiqamətində irəli addım atmağa kömək edəcək".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində