Azərbaycanın alma ixracı 14 ilin rekordunu qırdı
Digərləri 07 Dek 2025 22:47:00 82 0
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 50,2 milyon ABŞ dolları dəyərində 71,4 min ton alma göndərilib. Bu, 2024-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 46 faiz, kəmiyyət olaraq - 35 faiz çoxdur.
Bu il son 14 ildə ilk dəfə olaraq Qvineya (22,3 min ABŞ dolları dəyərində 22,3 ton) və Liviyaya (220 min ABŞ dolları dəyərində 206 ton) tədarük həyata keçirilib.
Hesabat dövründə Rusiyaya 42,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 45 % çoxdur) 61,2 min ton (+39 %), Türkiyəyə 2,8 milyon ABŞ dolları dəyərində 2,8 min ton (1 il bundan əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 2,3 milyon ABŞ dolları dəyərində (+18 %) 2,4 min ton (-20 %), Qazaxıstana 1,2 milyon ABŞ dolları dəyərində (-10 %) 2,9 min ton (-11 %), Özbəkistana 733 min ABŞ dolları dəyərində (-46 %) 621 ton (-60 %) məhsul satılıb.
Son.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Azərbaycanın alma ixracı 14 ilin rekordunu qırdı: Yeni bazarlar, artan tələbat və fermerlər üçün dəstək
Dünyada ixrac payımız bir faizdir
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun sözlərinə görə, 2024-cü ildə ölkəmizdə 293 min tondan artıq alma istehsal olunub. Bunun təxminən 1/3 hissəsi xarici ölkələrə ixrac edilib, qalan məhsul isə daxili bazarda realizə olunub: "Hazırda dünya üzrə alma ixracında Azərbaycanın payı təxminən bir faizə yaxındır. Azərbaycan almasının əsas ixrac bazarı Rusiyadır. İxrac olunan almanın 87.2%-i Rusiyanın, 4,4%-i Qazaxıstanın, 3,9%-i BƏƏ-nin, 2,4%- i Özbəkistanın, 0,6%-i İraqın, 0.1%-i Belarusun, 1.4%-i isə digər ölkələrin payına düşür".
V.Hüseynov bildirdi ki, 2024-cü ilin məlumatlarına əsasən Azərbaycanda alma bağlarının sahəsi 26,3 min hektar olub: "Ümumi alma bağlarının 24.6 min hektarı və ya 93,5%-i bar verən yaşdadır. 2024-cü ildə cəmi alma bağlarının 56,6%-i ənənəvi, 41,4%-i intensiv, 1,9%-i isə superintensiv bağlar təşkil edib. 2024-cü ildə cəmi alma bağlarının 37,9%-i Quba, 18,3%-i Qusar, 8,8%-i Xaçmaz, 5,6%- i Gədəbəy, 3,9%-i Naxçıvan MR, 2,6%-i Qəbələ, 2,2%-i İsmayıllı, 2,0%-i Balakən, 1,9%-i Şabran və 1,6%-i Zaqatala rayonlarının payına düşüb".
Azərbaycanın alma ixracı 14 ilin rekordunu qırdı: Yeni bazarlar, artan tələbat və fermerlər üçün dəstək
"Fermerlərə 19 milyon manatdan çox subsidiya verilib"
Şöbə müdiri bildirdi ki, Azərbaycanda intensiv alma bağlarının salınması dövlət tərəfindən dəstəklənir: "2020-2024-cü illərdə ölkəmizdə salınan alma bağlarına görə fermerlərə 19 milyon manatdan çox subsidiya verilib. Hazırda müasir intensiv və superintensiv alma bağlarının salınmasına dövlət dəstəyi tədbirləri davam etdirilir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan alma bağlarının hər hektarına görə fermerlərə 11000 manat subsidiya veriləcək. Naxçıvan Muxtar Respublikasında salınacaq yeni alma bağlarına görə isə veriləcək subsidiya 21000 manat/hektar təşkil edir. Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi (şpaler) ilə salınan, sahəsi azı iki hektar olan və bir hektara minimum 4000 ədəd sertifikatlı tingin əkildiyi super-intensiv alma bağlarına görə isə 32200 manat/hektar birdəfəlik dövlət dəstəyinin verilməsi qərarlaşdırılıb".
Gəncədə 32 yaşlı qadın bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu il
Xalq artisti Azərin səhhətində yaranan problemlərlə bağlı Türkiyədə �
Dubayda satışa çıxarılan ən bahalı mənzil türkiyəli iş adamı Uğur A
Bəzi insanlar buğda unundan hazırlanan "ağ çörəyi" yox, çovdar
Türkiyədə bir nəfər, avtomobilinin arxa baqajında şorba bişirərək v�
Göygöl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ba�
Bayram mövsümündən sonra çərəzlərin qiymətində ucuzlaşma müşahidə
Yuxarı Lars keçid məntəqəsi Gürcüstandan Rusiyaya hərəkət edən ağır
Dünya üzrə mayeləşdirilmiş təbii qaza olan tələb önümüzdəki illər
Jolli Joker klubunda "Unudulmaz Maestro" konserti baş tutdu. Tədbir,
Hər birimiz ən azı bir dəfə kabusdan sonra soyuq tər içində oyanmışıq
"Mercor" şirkətinin 22 yaşlı təsisçisi Brendan Fudi dünyanın �
Məşhur müğənni Nilüferin qızı Ayşə Nazlı Yumlu sevgilisi Batuhan Yağ
Dekabrın 6-da saat 19:00 radələrində Beyləqan rayonunda yol-nəqliyyat hadi
