Unudulmaz Maestro Vaqif Mustafazadə – caz ulduzlarının iştirakı ilə möhtəşəm konsert Bakıda VİDEO FOTO
Kriminal 07 Dek 2025 21:12:00 76 0
Jolli Joker klubunda "Unudulmaz Maestro" konserti baş tutdu. Tədbir, 85 illik yubileyinə həsr olunmuş, Dövlət mükafatı laureatı, caz-muğam üslubunun banisi və əfsanəvi pianoçu və bəstəkar Vaqif Mustafazadəyə ithaf olunmuşdu.
Konsertin ilk dəqiqələrindən zal xüsusi bir atmosferlə doldu: caz həvəskarları, musiqi məhəbbətləri və gənc dinləyicilər böyük ustadın xatirəsini yad etmək üçün toplaşmışdılar. Vaqif Mustafazadə Xeyriyyə Fondu tərəfindən Afaq Əliyevanın rəhbərliyi ilə təşkil olunan bu gecə yalnız konsert yox, həm də böyük musiqi bayramı və dünya caz tarixində öz adını əbədi yazmış dahi musiqiçinin irsinə hörmətin ifadəsi oldu.
İlk anlardan aydın oldu ki, bu, xüsusi bir hadisədir. Müxtəlif nəsillərin caz həvəskarlarının toplandığı zal sakit bir gözləmə ilə doldu: hər kəs canlı caz-muqam sehrini hiss etmək üçün gəlmişdi, hansını ki, bir zamanlar özü Maestro yaratmışdı. Hava hörmət və heyranlıq ruhu ilə dolmuşdu, caz ritmləri isə sanki öz möhtəşəm çıxışlarını əvvəlcədən elan edirdi.
Gecənin proqramı rəngarəng və zəngin oldu. Səhnədə Azərbaycan və dünya caz ulduzları, bəstəkarlar və pianoçular, həm solo, həm də kollektivləri ilə çıxış etdilər: Əməkdar artisti Rəşad Həşımovun rəhbərliyi altında RAST qrupu, Əməkdar artisti Şahin Növrəslı və gənc xanəndə Murad Nabizadə, Əməkdar artisti Emil Əfrasiyab, "Avroviziya" iştirakçısı, "O Səs Türkiyə" müsabiqəsinin qalibi Elnur Hüseynov, "Avroviziya" iştirakçısı Aisel və saksafon ifaçısı Teymur Süleymanbəylinin müşayiəti ilə. Xüsusi olaraq xaricdən gəlmişdilər: Ruslan Ağababayev (ABŞ) və Etibar Əsədli (Fransa). Artislərin çıxışları rəngarəng instalyasiyalar fonunda baş tutdu və bu, gecəyə xüsusi bir gözəllik qatdı.
Gecə çərçivəsində həmçinin Azərbaycan Rəssamlar İttifaqının üzvü Bahram Xəlilovun Vaqif Mustafazadənin musiqisindən ilhamlanaraq yaratdığı tablolar sərgisi təqdim olundu. Hər tablo sanki musiqi motivlərini əks etdirirdi: caz rəssamlığa, rəssamlıq isə musiqi duyğularına çevrilirdi.
Hər birimiz ən azı bir dəfə kabusdan sonra soyuq tər içində oyanmışıq
"Mercor" şirkətinin 22 yaşlı təsisçisi Brendan Fudi dünyanın �
Məşhur müğənni Nilüferin qızı Ayşə Nazlı Yumlu sevgilisi Batuhan Yağ
Dekabrın 6-da saat 19:00 radələrində Beyləqan rayonunda yol-nəqliyyat hadi
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 169 147 000.43 ABŞ dolları d�
İsrail Baş naziri Binyamin Netanyahu dekabr ayında ABŞ Prezidenti Donald Tra
Gəncədə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Türkiyəli məşhur aktrisa Sinem Kobal bu günlərdə Bakıya səfər edib.
"Winter in Azerbaijan" adlı bayram sərgisinin rəsmi açılışı ba
Aktrisa Hande Erçel ilə münasibətinə son qoyan iş adamı Hakan Sabancı ye
Dekabrın 8-də Abşeron yarımadasında yağışlı hava şəraiti gözlənilir
Kayseridə içki içmək üçün evdinə getdikləri dostlarını döyən şəxs
