Dünyanın ən gənc milyarderi uğur sirrini paylaşdı
Digərləri 07 Dek 2025 20:46:00 72 0
"Mercor" şirkətinin 22 yaşlı təsisçisi Brendan Fudi dünyanın ən gənc milyarderləri siyahısına daxil olub və Z nəslinin işə yanaşması ilə bağlı yayılmış stereotipləri təkzib edib.
Bu xəbəri də oxu: Gəncədə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb
Son.az-ın məlumatına görə, Fudi və məktəb yoldaşları Braziliyanın San-Paulu şəhərində keçirilən hakatonda "Mercor" platformasının əsasını qoyublar.
Məqsəd süni intellekt vasitəsilə işə qəbul prosesini avtomatlaşdırmaq olub. Platforma hazırda müraciətləri analiz edir, namizədləri seçir və ilkin müsahibələri həyata keçirir.
Layihə qısa müddətdə sürətlə böyüyüb: təsisçilər cəmi doqquz ay ərzində ideyanı əvvəlcə milyon dollarlıq dövriyyəsi olan biznesə, daha sonra isə 10 milyard dollar dəyərində startapa çeviriblər.
Uğura fokuslanmaq üçün Fudi Corctaun Universitetindəki təhsilini yarımçıq qoyub və bütün vaxtını "Mercor"a həsr edib.
O qeyd edib ki, fasiləsiz çalışma vərdişi onu milyarder statusuna çatdıran əsas amillərdən biridir:
"İstirahət günləri götürə bilmirəm, istər-istəməz yenidən işə qayıtmaq istəyirəm. Əsas məsələ həyatını həsr edə biləcəyin bir işi tapmaqdır", - deyə Fudi bildirib.
"Fortune"un məlumatına görə, "Mercor"un üç təsisçisi milyarder statusuna Mark Zukerberqdən daha gənc yaşda nail olublar.
Kənan Son.az
Məşhur müğənni Nilüferin qızı Ayşə Nazlı Yumlu sevgilisi Batuhan Yağ
Dekabrın 6-da saat 19:00 radələrində Beyləqan rayonunda yol-nəqliyyat hadi
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 169 147 000.43 ABŞ dolları d�
İsrail Baş naziri Binyamin Netanyahu dekabr ayında ABŞ Prezidenti Donald Tra
Gəncədə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Türkiyəli məşhur aktrisa Sinem Kobal bu günlərdə Bakıya səfər edib.
"Winter in Azerbaijan" adlı bayram sərgisinin rəsmi açılışı ba
Aktrisa Hande Erçel ilə münasibətinə son qoyan iş adamı Hakan Sabancı ye
Dekabrın 8-də Abşeron yarımadasında yağışlı hava şəraiti gözlənilir
Kayseridə içki içmək üçün evdinə getdikləri dostlarını döyən şəxs
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Son günlər sosial şəbəkələrdə və həkimlər arasında "tox qarına
