Özbəkistanın müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib


Siyasət 16 Noy 2017 09:28:30 324 0

Özbəkistanın müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib

Abdusalom Azizov iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə edəcək

Özbəkistanın müdafiə naziri general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Özbəkistanın müdafiə nazirinin Azərbaycanın Müdafiə Nazirliyində hərbi, hərbi-texniki əməkdaşlıq, hərbi təhsil və bir sıra digər istiqamətlərdə əməkdaşlıq məsələlərini müzakirə etmək üçün görüşlərinin keçirilməsi nəzərdə tutulub.